Ordu.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında bildirib.
BMT rəsmisi bildirib ki, partlayıcı sursat binaya atılıb və hədəf alınan bina BMT-nin qonaq evlərindən biri olub.
F. Haq əlavə edib ki, hadisənin dəqiq təfərrüatları, qurbanların kimliyi və istifadə olunan silah növü barədə hələ təsdiqlənmiş məlumat yoxdur: “Biz baş verənlər barədə ətraflı və dəqiq məlumat almağa çalışırıq. Bu hücumu qınayırıq. BMT heyəti və onun obyektləri bütün tərəflər tərəfindən qorunmalıdır”.
Ordu.az