“Baykar Teknoloji” və “Leonardo” arasında əməkdaşlığa dair yeni detallar üzə çıxır

2025/03/2025--1742368174.jpg
Oxunub: 621     21:08     19 Mart 2025    
“Baykar Teknoloji” və “Leonardo” arasında insansız sistemlər üzərində əməkdaşlığa dair yeni detallar üzə çıxır.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu çərçivədə “Leonardo”nun hazırladığı müxtəlif faydalı yüklərin “Baykar”ın Pilotsuz Uçuş Aparatlarına (PUA) inteqrasiyası planlaşdırılır.

Bu əməkdaşlıq çərçivəsində 2025-2029-cu illər arasında 600 milyon avro gəlir əldə etmək hədəflənir. Əməkdaşlıq çərçivəsində qarşıya qoyulan əsas vəzifələr aşağıdakılardır:

Kəşfiyyat, müşahidə, aşkarlama və hədəf təsbiti (İSTAR)
Radiolektron mübarizə (EW)
Yaxın hava dəstəyi (CAS)
Kooperativ döyüş anlayışları


Bu çərçivədə “Leonardo”nun sistemləri “Baykar” tərəfindən inkişaf etdirilən “Bayraktar Kızılelma”, “Akıncı”, “Bayraktar TB2” və TB3 kimi müxtəlif PUA-lara inteqrasiya ediləcək.

Razılaşmaya uyğun olaraq, 2026-cı ildən etibarən həm Türkiyə, həm də İtaliyada kütləvi istehsalın sürətlənməsi gözlənilir. Leonardo PUA-lara inteqrasiya oluna bilən geniş çeşiddə faydalı yüklər təklif edir. Bu sistemlər müxtəlif missiyalar üçün PUA-ların fərdiləşdirilməsinə və çoxyönlü istifadəsinə imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baykar-Teknoloji   Leonardo  


Bizi "telegram"da izləyin