Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ötən müddətdə müxtəlif yerli sursatlarla uğurla atəş açan “Anka III MİUS” bu dəfə ASELSAN istehsalı olan LGK-82 sursatı ilə uğurla atəş açıb.
TUSAŞ-ın “Müdafiə sənayemizin gücünə güc qatmaq və səmada hökmranlığımızı möhkəmləndirmək əzmindəyik” qeydi ilə paylaşdığı atış görüntülərində “Anka III” təyin olunmuş hədəfi müvəffəqiyyətlə vurub.
İnkişafla bağlı rəsmi “X” hesabında paylaşım edən Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib:
“ASELSAN tərəfindən hazırlanmış LGK-82 sursatının “Anka III” tərəfindən müvəffəqiyyətlə atılması havadan effektivliyimizi növbəti səviyyəyə qaldırır. Bu mühüm qabiliyyət artımı milli mühəndislik gücümüzün və müdafiə sənayemizdə qərarlı irəliləyişimizin konkret göstəricisidir”.
Qeyd edək ki, “Anka III” 2025-ci ilin əvvəlində yenə ASELSAN tərəfindən istehsal edilən “Tolun” sursatı ilə etdiyi atışda da adından söz etdirib.
Sevinc Əliyeva
Ordu.az