İsveç IVECO-dan “Viking” İQP-si satın alıb

2025/03/1742363839.jpg
Oxunub: 503     17:56     26 Mart 2025    
İsveç Müdafiə Materialları İdarəsi Avtonom Çoxfunksiyalı İnsansız Quru Platformasının (İQP) Nümayiş Proqramı çərçivəsində “Iveco” şirkətindən “Viking” İQP-sini satın alıb.

Ordu.az xəbər verir ki, bu barədə “Iveco”nun “LinkedIn” sosial şəbəkə səhifəsində etdiyi paylaşımda bildirilib.

İQP-ni almaqla yanaşı, İsveç Müdafiə Materialları İdarəsi komanda və idarəetmə baza stansiyası üçün də “Iveco” ilə tərəfdaşlıq qurub.

Bildirilib ki, proqram boyu inteqrasiya və təkmilləşdirmələr üçün davamlı texniki dəstək göstəriləcək.

“Iveco”nun MACE süni zəka əsaslı avtonomluq proqramı ilə təchiz edilmiş “Viking” İQP-si getdikcə artan hərbi istifadəçilərin seçimləri sırasındadır və müxtəlif əməliyyat konsepsiyalarında istifadə olunur.

Platforma logistika, kəşfiyyat, müşahidə, KBRN və döyüş dəstəyi rolları üçün müxtəlif faydalı yükləri inteqrasiya edərək, çoxyönlü olduğunu nümayiş etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   IVECO   Viking   İQP  


Bizi "telegram"da izləyin