3-cü Korpus çərçivəsində NATO təlimi: LOYAL LEDA 2025

2025/03/1742363663.jpg
Oxunub: 549     21:53     19 Mart 2025    
NATO-nun rəhbərlik etdiyi mühüm quru əməliyyatı təlimi olan LOYAL LEDA 2025 Türkiyənin 3-cü Korpus Komandanlığı tərəfindən 2025-ci il martın 4-13-də keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Təlim Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəsmilərinin iştirakı ilə 2025-ci il martın 12-də keçirilən “Hörmətli Müşahidəçi Günü” ilə yekunlaşıb.

Xüsusi gündə Türkiyənin 1-ci Ordu Korpusunun komandanı General Metin Tokel də iştirak edib.

LOYAL LEDA 2025-in məqsədi iştirakçı qüvvələrin hazırlığını yoxlamaq, onların çoxdomenli mühitdə təhlükəsizlik çağırışlarına qarşı birgə hərəkət etmək bacarığını inkişaf etdirmək və NATO-nun 5-ci Maddəsi (kollektiv müdafiə) ssenarisi çərçivəsində qarşılıqlı fəaliyyət qabiliyyətini təkmilləşdirməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   LOYAL-LEDA-2025  


Bizi "telegram"da izləyin