Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, aviasiya və naviqasiya verilənlər bazası xidmətlərində qlobal iddiasını davam etdirən “KEYVAN Havacılık” Çinin aparıcı uçuş əməliyyatlarına dəstək təminatçısı “SINO AERO Aviation Services” ilə mühüm əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu imza ilə KEYVAN SINO AERO-ya yenilikçi və etibarlı uçuş planlaşdırma məlumatları təqdim etməklə, Çin bazarındakı təsirini daha da gücləndirəcək.
“KEYVAN Havacılık” son iki ildə Çin aviasiya sektorunda atdığı strateji addımlarla diqqət çəkib.
Çinin dövlət qurumu “NavChina”, helikopter və xüsusi missiya təyyarələri kimi müxtəlif təyyarələr sahəsində fəaliyyət göstərən AVIC, ölkənin ən böyük təyyarə istehsalçısı COMAC və uçuş əməliyyat xidmətləri göstərən “Mainline” kimi aparıcı Çin qurumları ilə kritik əməkdaşlıq KEYVAN-ın sektordakı mövqeyini daha da gücləndirib.
SINO AERO ilə bu yeni müqavilə şirkətin Çin bazarındakı təsirini daha da dərinləşdirəcək və sektorda effektivliyini artıracaq.
Sevinc Əliyeva
Ordu.az