Ordu.az xəbər verir ki, üç illik müqaviləyə ümumi dəyəri təxminən 9,5 milyon dollara çatdıra biləcək bir seçim də daxildir.
İlk tədarüklərin 2027-ci ildə başlaması planlaşdırılır.
Paralel olaraq, İsveçin müdafiə texnologiyaları şirkəti “MilDef” qabaqcıl kibertəhlükəsizlik həllinin bir hissəsi kimi CV90 vasitələrinə inteqrasiya olunacaq möhkəm şəbəkə avadanlığı üçün təxminən 3,9 milyon dollarlıq sifariş alıb.
“MilDef”in baş direktoru Deniyel Lyunqqren tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
“Biz Avropa müdafiəsinin modernləşdirilməsinə töhfə verməkdən qürur duyuruq”, - deyə Lyunqqren bildirib.
Qeyd edək ki, sözügedən avadanlıq hərbi şəbəkələrin mühafizəsini gücləndirmək üçün nəzərdə tutulmuş, süni zəka ilə dəstəklənən, hərbi xüsusi təhlükəsizlik divarı olan “Clavister CyberArmour” sisteminin əsas alt komponentidir.
Sevinc Əliyeva
Ordu.az