PUA yarışında geridə qalan Fransa rəqiblərinə çatmağa çalışır

2025/03/1741846136.jpg
Oxunub: 398     11:38     19 Mart 2025    
Fransa Ukraynadakı müharibə, Yaxın Şərqdəki münaqişələr və Çin dənizindəki gərgin vəziyyətlə bağlı artan yeni hücumlar təhlükəsinə qarşı silahlanır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, fevralın 27-də Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornüyə təqdim edilən “Aarok” Pilotsuz Uçuş Aparatı (PUA) MALE sinifindəki boşluğu (qismən) doldurmağı hədəfləyir.

Hələ heç bir sifariş verilməsə də, PUA prototip mərhələsindədir, bir sıra tənzimləyici təsdiq və sertifikatlardan keçərkən, nazirliklə danışıqlar aparılır.

“Safran” tərəfindən istehsal edilən yerüstü stansiya ilə işləyəcək Fransa PUA-sı üçün 16-22 iyun tarixlərində keçiriləcək Paris Aviasiya Sərgisində inkişaf etdirmə yardımı müqaviləsi imzalanması gözlənilir.

İsrailin IAI, ABŞ-nin “General Atomics” və Türkiyənin “Baykar” kimi PUA istehsalçılarına Fransanın yeganə alternativi olan 5,5 tonluq, 22 metr qanad açıqlığına malik “Aarok”un 2030-cu ilə qədər orduda istifadə ediləcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin