Ermənistan Təhlükəsizlik Şurasının katibinin səs verdiyi məntəqədə insident yaşanıb

2026/06/1780817206.jpg
Oxunub: 219     11:23     07 İyun 2026    
İrəvanın Arabkir inzibati rayonunda yerləşən Aleksandr Şirvanzadə adına məktəbdə fəaliyyət göstərən 4/41 saylı seçki məntəqəsində insident baş verib.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, həmin məntəqədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlament seçkilərində səs verib.

Məlumata görə, Qriqoryan jurnalistlərlə söhbət etməyə hazırlaşarkən onların yanından keçən bir erməni sakin hakimiyyətin siyasətinə etirazını ifadə edib.

“Torpaqları qırx günə təhvil verdilər və getdilər”, - deyə erməni sakin bildirib.

Hadisədən sonra əlavə insident qeydə alınmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qriqoryan  


Bizi "telegram"da izləyin