Avropa Komissiyası Aİ ölkələrində daxili sərhəd nəzarətinin ləğvini tələb edir

2025/10/1759499569.jpg
Oxunub: 208     18:18     06 İyun 2026    
Avropa Komissiyası Almaniya və digər Avropa ölkələrinin daxili sərhəd nəzarətindən mərhələli şəkildə imtina etməsini tələb edir.

Ordu.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Miqrasiya məsələləri üzrə Avropa komissarı Maqnus Brunner “Funke” media qrupuna müsahibəsində bildirib ki, hazırda sərhəd nəzarəti tətbiq edən doqquz ölkədə, o cümlədən Almaniyada məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması tamamilə real və məqsədəuyğundur.

Avropa komissarı bu açıqlamanı Avropada sığınacaq verilməsi ilə bağlı yeni qaydaların qüvvəyə minməsinə cəmi bir həftə qalmış səsləndirib.

Brunner öz tələbinin əsaslandırılması kimi qeyd edib ki, sığınacaq istəyənlərin sayı kəskin azalıb, xarici sərhədlərin mühafizəsi gücləndirilib və giriş-çıxış üzrə ümumavropa sistemi artıq görünən nəticələr verməyə başlayıb.

Şengen zonasında prinsip etibarilə sərbəst hərəkət rejimi tətbiq olunsa və daimi sərhəd nəzarəti olmasa da, bir sıra ölkələr, xüsusilə Almaniya hazırda müvəqqəti yoxlamalar həyata keçirir.

Xatırladaq ki, Almaniya sərhədlərində nəzarət 2025-ci il yazında ölkənin daxili işlər naziri Aleksandr Dobrindtin qərarı ilə sərtləşdirilmişdi.

Avropada sığınacaq verilməsi ilə bağlı yeni qaydalar isə iyunun 12-dən qüvvəyə minəcək. İslahatların məqsədi Avropa İttifaqında sığınacaq axtaranların axınını azaltmaqdır. Yeni qaydalar müraciət edən şəxslər üçün daha sərt tələblər nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası    


Bizi "telegram"da izləyin