İlon Maskın atası Nobel Sülh Mükafatını hansı siyasətçiyə verəcəyini açıqlayıb

2026/06/1780764671.jpg
Oxunub: 251     20:43     06 İyun 2026    
Amerikalı milyarder İlon Maskın atası, cənubi afrikalı iş adamı Erol Mask Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampa verəcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə o, “RIA Novosti” agentliyinə müsahibəsində danışıb.

“Donald Tramp böyük ehtimalla Sülh Mükafatını almaq üçün ən uyğun namizəddir. O, dünyada hər şeyin normal vəziyyətə gəlməsi üçün bütün gücü ilə çalışan insandır”, - deyə Mask Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, həmçinin xatırladıb ki, 2025-ci ildə mükafata layiq görülən venesuelalı müxalif siyasətçi Mariya Korina Maçado sonradan həmin mükafatı ABŞ prezidentinə təqdim edib.

“Sonuncu dəfə Sülh Mükafatını alan şəxs venesuelalı bir qadın idi və o, mükafatı dərhal Donald Trampa verdi. Bu fakt özü hər şeyi izah edir”, - deyə Erol Mask əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erol-Mask   ABŞ   Tramp  


Bizi "telegram"da izləyin