Ordu.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk Varşavada parlamentdə çıxışı zamanı Polşa Silahlı Qüvvələrinin gücünü 500 min şəxsi heyətə çatdırmağı hədəflədiklərini deyib.
Silahlı Qüvvələrin artırılması qərarı Tusk Fransaya səfər etdikdən sonra prezident Emmanuel Makronla Avropa müttəfiqlərini qorumaq üçün Fransanın nüvə silahından istifadə imkanlarını müzakirə etdikdən sonra verilib.
Eyni zamanda, Polşa ABŞ-nin Avropa İttifaqının müdafiəsindəki rolunun azalması səbəbindən 2025-ci ildə 4,7% təşkil edəcək ümumi daxili məhsulun müdafiəyə ayrılan payına görə NATO-ya liderlik edir.
Polşa təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, Varşava, həmçinin öz Silahlı Qüvvələrini gücləndirmək üçün başqa tədbirlər görür, o cümlədən nüvə silahı əldə etmək imkanlarını nəzərdən keçirir.
Məlumata görə, ölkə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısı olsa da, öz nüvə silahını inkişaf etdirə bilməsə də, Fransa və Böyük Britaniya kimi müttəfiqlərlə birgə proqramlarda iştirak edə bilər.
Polşa Silahlı Qüvvələri Rusiya və Belarusdan gələn təhdidlərin artması ilə əlaqədar uzun müddətdir ki, quru qoşunlarını gücləndirir.
Polşa Müdafiə Nazirliyinin verdiyi məlumata görə, son 5 ildə Polşa Silahlı Qüvvələri şəxsi heyətini 96 min nəfərdən 106 min nəfərədək artırıb.
Polşanın Müdafiə Nazirliyi 2020-ci ilə qədər milli Silahlı Qüvvələrin sayını iki dəfə artıraraq, 200.000-dən daha çox etmək niyyətində olduğunu açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az