Ordu.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti Türkiyə Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazıb.
"Müxtəlif kütləvi informasiya vasitələrində müzakirə olunan və hələ konseptual çərçivəyə salınmamış missiyaya Ankaranın mümkün töhfəsi regional sabitlik və sülhün təmin edilməsi üçün zəruri hesab edildiyi halda bütün tərəflərlə müzakirə ediləcək", - o bildirib.
Mənbənin sözlərinə görə, nazirlik Türkiyənin digər qurumları ilə birlikdə Ukraynada münaqişəyə son qoyulmasına yönəlmiş diplomatik təşəbbüsləri izləyir.
***
Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Ukraynaya sülhməramlıların göndərilməsinin mümkünlüyünə münasibət bildirib.
Ordu.az xəbər verir ki, Nazirlikdəki mənbələr bununla bağlı yayılan xəbərləri şərh ediblər.
Bildirilib ki, “sülh üçün ehtiyac olacağı təqdirdə, lazımi qiymətləndirmələr aparıla bilər”.
“Bizim fikrimiz ondan ibarətdir ki, ədalətli və davamlı sülhə hər iki tərəfin bərabər və ədalətli təmsil olunması ilə nail olmaq olar. Bu prosesdə ölkəmiz regionda sülhün təmin edilməsi, Qara dənizin sülh dənizi kimi qorunması və Ukraynanın bərpası üçün hər cür konstruktiv təşəbbüsləri dəstəkləməyə davam edəcək”, - qeyd olunub.
Ordu.az