Tramp Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı heç bir qərar verməyib

2025/03/1741066956.jpg
Oxunub: 327     01:15     04 Mart 2025    
ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın dayandırılması ideyasını hələ müzakirə etmədiyini bildirib.

Ordu.az-ın məlumatına görə, bu barədə deyə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mən hərbi yardımını hələ müzakirə etməmişəm", - deyə o bildirib.

D.Tramp qeyd edib ki, onun hərəkətləri gələcək hadisələrdən asılı olacaq.

"Hazırda çox hadisələr baş verir", - deyə ABŞ prezidenti vurğulayıb.

Tramp administrasiyası hələ də Kiyevə hərbi yardım paketləri təqdim etməyib. Eyni zamanda, ABŞ-ın əvvəlki administrasiyasının Ukraynaya vəd etdiyi silahların tədarükünə də mane olmur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna  


Bizi "telegram"da izləyin