İsrail Ordusu Suriyanın silah anbarına zərbələr endirib

2025/03/thumb-1741065142.jpg
Oxunub: 377     01:07     04 Mart 2025    
İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimal-qərbindəki Latakiya əyalətində silah anbarına zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu obyekt keçmiş prezident Bəşşar Əsəd dövründə Suriya hərbçilərinin istifadə etdiyi silahların saxlanması üçün nəzərdə tutulub.

“Bir müddət əvvəl İsrail Ordusu Suriyanın Qardahi bölgəsində Suriyadakı keçmiş rejimə məxsus silahların saxlanıldığı hərbi obyektə zərbələr endirib”, - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Ordu   Suriya  


Bizi "telegram"da izləyin