Fransa XİN Ukraynada təklif olunan bir aylıq atəşkəsin məqsədini açıqlayıb

2025/03/1741008221.jpg
Oxunub: 14000     17:20     03 Mart 2025    
Fransanın Prezidenti Emmanuel Makron və Britaniyanın Baş naziri Kir Starmerin Ukraynada təklif etdiyi bir aylıq atəşkəs Rusiyanın münaqişəni bitirməyə hazır olmasını "yoxlamaq" məqsədi daşıyır.

Ordu.az xəbər verir ki, bunu “France Inter” radiosuna Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib.

Onun sözlərinə görə, bu, Rusiyanın atəşkəsə hazır olduğunu yoxlamaq üsuludur.

Daha əvvəl Makron Starmerlə birlikdə Ukraynada havada, dənizdə və enerji infrastrukturu ilə bağlı bir aylıq atəşkəs təklifi irəli sürdüyünü bildirib. O, cəbhə xəttinin uzun olması səbəbindən atəşkəsə riayət olunmasını yoxlamağın çətin olduğunu əsas gətirərək, təklifin quru ərazidəki vəziyyəti əhatə etmədiyini izah edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna  


Bizi "telegram"da izləyin