Kreml: Putinlə Tramp arasında yeni telefon danışığı olmayıb

2025/02/Trump-1740456778.jpg
Oxunub: 360     13:54     03 Mart 2025    
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentləri Donald Tramp arasında yeni təmas olmayıb.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin və Tramp fevralın 12-də telefon danışığından sonra heç bir ictimai əlaqə saxlamayıb.

Qeyd edək ki, Ağ Evdə Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən gərgin görüşdən sonra Trampın Putinlə telefon danışığı apardığına dair məlumatlar yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Putin   Tramp  


Bizi "telegram"da izləyin