Almaniya Kansleri Kiyevə hərbi yardımın maliyyələşdirilməsi üçün fövqəladə vəziyyətin elan edilməsi imkanını açıqlayıb

2025/02/1738989720.jpg
Oxunub: 366     13:43     15 Fevral 2025    
Almaniya Kansleri Olaf Şolts hesab edir ki, Kiyevə hərbi yardımın maliyyələşdirilməsi məqsədilə “borc əyləci”nin zəiflədilməsi üçün Ukraynada münaqişə ilə əlaqədar fövqəladə vəziyyət elan etmək olar.

Ordu.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

"Avropanın mərkəzində müharibə fövqəladə vəziyyətdir", - kansler vurğulayıb.

Onun sözlərinə görə, Almaniyanın konstitusiyası belə fövqəladə vəziyyət yarandığı təqdirdə “borc əyləci”nin zəiflədilməsi imkanını nəzərdə tutur: "Əminəm ki, parlament seçkilərindən sonra Bundestaqda əksəriyyət məhz bunu dəstəkləyəcək".

Xatırladaq ki, fevralın 23-də Almaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Qeyd edək ki, "borc əyləci” büdcəyə daxil olandan daha çox vəsait xərcləməyi qadağan edən qaydadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin