Aİ səfiri: “Hakimiyyətdə kimi görmək istədiklərinə Ermənistan vətəndaşları qərar verəcəklər”

2025/12/Ekran-1767184331.jpg
Oxunub: 183     14:07     07 İyun 2026    
“Biz hesab edirik ki, Ermənistan hakimiyyəti, dövlət strukturları, Mərkəzi Seçki Komissiyası, ərazi və məntəqə seçki komissiyaları azad və ədalətli seçkilər keçirmək üçün bütün zəruri biliklərə və vasitələrə malikdirlər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistandakı Avropa İttifaqı nümayəndəliyinin rəhbəri Vasilis Maraqos iyunun 7-də jurnalistlərlə söhbətində deyib.

Maraqos vurğulayıb ki, bütün qurumların Ermənistan xalqının iradəsinin seçki prosesində tam şəkildə əks olunmasını təmin etmək üçün lazımi qaydada fəaliyyət göstərəcəyi gözlənilir.

Aİ nümayəndəsi qeyd edib ki, Avropa İttifaqı Ermənistana və onun dövlət institutlarına dəstək verir, lakin heç bir konkret siyasi partiyanı dəstəkləmir.

“Bu demokratik ölkəni kimin idarə edəcəyini Avropa İttifaqı deyil, sizin xalqınız seçir. Buna görə də bu gün qərarı Ermənistan vətəndaşları verəcəklər. Onlar həmçinin vətəndaş cəmiyyətinin üzvləri kimi öz hüquqlarından istifadə etməyə, hakimiyyətin fəaliyyətinə nəzarət etməyə davam etməlidirlər”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, Ermənistan vətəndaşları hakimiyyətdə kimi görmək istədiklərinə və hansı siyasətin həyata keçirilməsini arzuladıqlarına özləri qərar verməlidirlər.

Maraqos əlavə edib ki, Aİ Ermənistan xalqının tərəfdaşıdır və ölkə vətəndaşlarının verəcəyi istənilən demokratik seçimi dəstəkləməyə hazırdır.

O, həmçinin ümid etdiyini bildirib ki, Ermənistan vətəndaşları Avropa İttifaqı ilə yaxşı tərəfdaşlığın davam etdirilməsində maraqlıdırlar ki, bu da ölkənin dayanıqlılığına, diversifikasiyasına, regional sülhə və münasibətlərin normallaşdırılmasına dəstəyin davam etməsinə imkan verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin