Türkiyə HDQ komandanı Qətərə səfər edib

2025/02/1739607551.jpg
Oxunub: 358     12:51     15 Fevral 2025    
Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Ercüment Tatlıoğlu və onu müşayiət edən nümayəndə heyəti 2025-ci il fevralın 12-15-də Qətər HDQ-nin komandanı general-mayor Abdullah Həsən Əl Sulaitinin rəsmi qonağı qismində Qətərdə səfərdədir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bu çərçivədə Tatlıoğlu Qətər Baş nazirinin müavini və müdafiə naziri Şeyx Səud bin Əbdürrəhman bin Həsən Əl-Tani, Qətər HDQ komandanı və Türkiyənin Dohadakı səfiri Mehmet Mustafa Göksu ilə görüşüb.

O, həmçinin Qətər-Türkiyə Birləşmiş Qüvvələr Komandanlığına, Türkiyənin Dəniz Komponent Komandanlığının TCG “Kuşadası” və TCG “Kumkale” gəmilərinə baş çəkib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Qətər  


Bizi "telegram"da izləyin