Fransa qoşunlarının Seneqaldan çıxarılması ilə bağlı komissiya yaradılacaq

2025/02/1739603101.jpg
Oxunub: 379     11:18     15 Fevral 2025    
Fransa və Seneqal fransız qoşunlarının Seneqaldan çıxarılması şərtlərini tənzimləmək üçün birgə komissiya yaratmaq barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, Fransa xarici işlər naziri Jan-Noel Barro və Seneqal xarici işlər naziri Yassine Fall tərəfindən verilən ortaq yazılı açıqlamada Fransa hərbi ünsürlərinin Seneqaldan çıxarılması şərtlərini tənzimləmək və Fransanın hərbi obyektlərinin 2025-ci ilin sonuna qədər oraya təhvil verilməsini tamamlamaq üçün ortaq komissiyanın yaradılması qərarının qəbul edildiyi bildirilib.

“İki ölkə bütün tərəflərin strateji prioritetlərini nəzərə alaraq, müdafiə və təhlükəsizlik sahəsində yeni əməkdaşlıq üzərində işləməyi planlaşdırır”, - deyə açıqlamada qeyd edilib.

Son hadisələr fonunda, müstəmləkə dövrünün sonundan etibarən qoşunlarının olduğu Afrika ölkələrinin 70 faizindən çoxunu tərk etmək məcburiyyətində qalan Fransa qitədə yalnız Cibuti (1500 hərbi qulluqçu) və Qabonda (350 hərbi qulluqçu) varlığını qoruyacaq.

Daha öncə Çad və Seneqal da Fransa hərbi qulluqçularının ölkələrindən getmələrini tələb etmişdilər, bu çərçivədə Fransa hərbi qulluqçularının Çaddan çəkilmə prosesi keçən ilin dekabr ayında başlamışdı.

Seneqal prezidenti Bassirou Diomaye Faye də bu il ölkədəki təxminən 350 Fransa hərbi qulluqçusunun ölkəni tərk edəcəyini açıqlayıb.

Mali, Niger və Burkina-Faso da baş verən hərbi çevrilişlərdən sonra Fransa ilə hərbi əməkdaşlıq müqavilələrini ləğv edib, Fransa hərbi qulluqçularını ölkədən göndərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Seneqal   Qoşun  


Bizi "telegram"da izləyin