Ordu.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, Heqset ABŞ-nin prioritetinin Çinlə rəqabət və öz sərhədlərinin təhlükəsizliyi olduğunu izah edərkən, Avropanın Ukraynanı dəstəkləmək və Rusiya təhlükəsinə qarşı daha çox məsuliyyət daşımalı olduğunu vurğulayıb.
NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukrayna Müdafiə Təmas Qrupunun iclasında çıxış edən Heqset deyib ki, ABŞ Avropada təhlükəsizliyin əsas təminatçısı olmayacaq.
O, ABŞ-nin qlobal təhlükəsizlik strategiyasında prioritetlərini dəyişdiyini bildirib.
“Birləşmiş Ştatlar milli təhlükəsizliyinə ciddi təhdidlərlə üzləşir. Bizim prioritetimiz öz sərhədlərimizi qorumaq və Çinlə artan rəqabətin yaratdığı risklərə diqqət yetirməkdir”, - deyə Heqset qeyd edib.
Heqset onu da əlavə edib ki, Ukraynada müharibə başa çatarsa, ABŞ qoşunları bölgəyə sülhməramlı kimi göndərilməyəcək.
Sevinc Əliyeva
Ordu.az