Ordu.az xəbər verir ki, “İstanbul” Dəniz Gəmiqayırma Zavodu Komandanlığı və “Makine Kimya Endüstrisi AŞ” (MKE A.Ş.) arasında əməkdaşlıq çərçivəsində hazırlanan topun üçüncü istehsalı tamamlanaraq, TCG “İzmir”ə inteqrasiya olunmaq üçün “Anadolu” Gəmiqayırma Zavoduna təhvil verilib.
2025-ci il yanvarın 31-də TCG “Gaziantep” freqatında mövcud olan, xaricdə istehsal olunan 76 mm-lik əsas batareya topu atış ömrünü tamamladığı üçün inventardan çıxarılıb.
Onun yerinə MKE tərəfindən milli imkanlarla istehsal edilən 76 mm-lik dəniz topu inteqrasiya edilib.
Yeni yerli top lüləsinin performansı “Mavi Vatan-2025” təlimi çərçivəsində icra edilən atışlarla sınaqdan keçirilib.
Sevinc Əliyeva
Ordu.az