Türkiyə Müdafiə Nazirliyi "Meteor" və "Gökhan"larla bağlı açıqlama yaydı

2024/12/1735369223.jpg
Oxunub: 587     13:59     14 Fevral 2025    
Türkiyə "Meteor" raketlərini inventarına daxil etmə prosesini problemsiz olaraq davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi mənbələri "Meteor" və "Gökhan" hava-hava raketləri haqqında açıqlamalarında bildiriblər.

Nazirlik mənbələri, Türkiyənin tədarük etməyi planlaşdırdığı "Meteor" raketləri ilə bağlı olaraq qeyd edib: "Meteor raketi hava-hava raketləri arasında yer alan Avropa mənşəli uzun mənzilli yeni nəsil raketdir. "Eurofighter Typhoon" tədarük layihəsi çərçivəsində "Meteor" raketlərini inventarımıza daxil etməyi planlayırıq".

Mənbələr Türkiyənin müdafiə sənayesində öncəliyinin yerli və milli sistemlər olduğunu vurğulayaraq bildirir: "Hər zaman dediyimiz kimi bizim öncəliyimiz yerli və milli silah və sistemlərdir. Bu çərçivədə inkişaf etdirdiyimiz "Meteor" raketinə bərabər olan "Gökhan" hava-hava raketi ilə də Hava Qüvvələrimizi gücləndirməyi planlaşdırırıq".

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gökhan   Meteor  


Bizi "telegram"da izləyin