“Çelik Kubbe” inventara daxil olmaq üçün gün sayır

2025/02/1739438200.jpg
Oxunub: 502     11:21     15 Fevral 2025    
Türkiyənin Hava Hücumundan Müdafiə (HHM) sahəsində yerli və milli nailiyyətlərindən biri olan “Çelik Kubbe” sistemi istehsalının sonuna yaxınlaşır.

Ordu.az xəbər verir ki, ROKETSAN-ın baş direktoru Murat İkinci açıqlamasında sistemin ən qısa zamanda tamamlanacağını və inventara əlavə ediləcəyini bildirib.

İkinci Antalyada keçirilən Müdafiə Sənayesində Qlobal Strategiya Konfransında “Çelik Kubbe” ilə bağlı inkişafları açıqlayıb. Vurğulanıb ki, “Çelik Kubbe” təkcə quru ərazilərinin deyil, həm də dənizdə hüquq və mənafelərin qorunmasında mühüm rol oynayacaq.

Aşağı, orta və yüksək hündürlük təhdidlərinə qarşı inteqrasiyalı qorunma təmin edəcək sistem radar şəbəkələri və komanda idarəetmə sistemləri ilə birlikdə çalışaraq, təsirli HHM qalxanı təşkil edəcək.

Sistem pilotsuz uçuş aparatlarından, qanadlı raketlərdən, ballistik təhdidlərdən və hava elementlərindən qabaqcıl qoruma təklif edəcək.

Sistemin dəniz platformaları ilə inteqrasiya olunaraq, “Mavi Vətən” doktrinasında aktiv rol alacağı bildirilir.

Bu çərçivədə ASELSAN və ROKETSAN tərəfindən hazırlanan digər HHM sistemləri də “Çelik Kubbe” ilə birlikdə xidmət göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   ROKETSAN  


Bizi "telegram"da izləyin