KİV: Yaxın gələcəkdə Ermənistanda təlatümlər olmasa da, ciddi daxili siyasi proseslər gözlənilir

2025/02/1739434853.jpg
Oxunub: 374     12:43     14 Fevral 2025    
Hətta açıq gözlə, dərin ekspert təhlilləri və proqnozları olmadan da aydındır ki, yaxın gələcəkdə Ermənistanda təlatümlər olmasa da, ciddi daxili siyasi proseslər gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, hər halda, “istiləşmə” olduqca proqnozlaşdırıla biləndir.

“Bunun əvvəllər qeydə alınanlara bənzər bir “yaz istiləşməsi” olacağına dair fikirlər var. İctimai əhval-ruhiyyə, yumşaq desək, qızışır. Bu, Paşinyanın rəhbərlik etdiyi iqtidarın yeni təhlükəsizlik təhdidləri yaratması, o cümlədən təhlükəli xarici-siyasi “hərəkətlər”, milli dəyərlərə və tarixi reallıqlara qarşı yönəlmiş addımlar, anlaşılmaz və ayrı-seçkilik xarakterli vergi və iqtisadi “siyasətlər” ilə bağlıdır.

Bura yeni güzəştlər təhlükəsini və yeni “qırmızı xətlər”in mümkün keçilmələrini əlavə edin. Belə bir şəraitdə belə fikirlər var ki, “yeni qüvvələr” formalaşmalı və meydana çıxmalıdır. Bir az idealist olsa belə, pis fikir deyil. Əsas məsələ müxalifətin faktiki, real imkan və resursları nəzərə alaraq, real əməkdaşlıq etməsidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaos  


Bizi "telegram"da izləyin