Hindistan ABŞ ilə döyüş təyyarələrinin mühərriklərinin birgə istehsalına dair razılaşmanı yekunlaşdırmağa çalışır

2025/02/1739427096.jpg
Oxunub: 435     11:33     14 Fevral 2025    
Hindistan döyüş vasitələrinin alınması və birgə istehsalı ilə bağlı ABŞ ilə danışıqları davam etdirir.

Ordu.az xəbər verir ki, Hindistan, həmçinin döyüş təyyarələrinin mühərriklərinin birgə istehsalına dair razılaşmanı yekunlaşdırmağa çalışır.

Mənbələrin məlumatlarına görə, bu proses Hindistan Baş naziri Narendra Modinin ABŞ prezidenti Donald Trampla görüşü ərəfəsində davam edir.

Dünyanın ən böyük silah idxalçılarından biri olan Hindistan uzun illər müdafiə tədarükündə Rusiyadan çox asılı olan siyasət yürüdüb. Ancaq son zamanlar ABŞ ilə müdafiə sahəsində əməkdaşlığı artırmaq üçün addımlar atır.

Ötən ay Tramp Modidən daha çox ABŞ istehsalı olan təhlükəsizlik avadanlığı almasını və “ədalətli ticarət münasibətlərinə doğru getməyi” tələb edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   ABŞ  


Bizi "telegram"da izləyin