Ordu.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Bölmənin fəaliyyəti Ədliyyə Nazirliyinin yeni rəhbəri və baş prokuror Pem Bondi tərəfindən imzalanmış direktiv əsasında dayandırılıb.
“Daha təcili prioritetlərin həlli üçün resursları sərbəst buraxmaq və prokurorların səlahiyyətlərindən sui-istifadə və silahdan istifadə risklərini aradan qaldırmaq üçün xarici təsir üzrə əməliyyat qrupu ləğv ediləcək”, – nazirin əmrdə qeyd olunub.
Bölmədə çalışan Ədliyyə Nazirliyi və FTB-nin keçmiş əməkdaşları bu qərardan təəccübləndiklərini bildiriblər. FTB-nin əks-kəşfiyyat şöbəsinin keçmiş rəhbəri Frank Fiqliuççi bunu “xarici kəşfiyyat xidmətləri üçün açıq qapı” kimi qiymətləndirib.
Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi Rusiyanın xarici aktivlərinin aşkarlanması və həbsi, sanksiyalardan yayınma halları, eləcə də kölgə biznesinə Amerikada mülkiyyəti gizlətməyə kömək edən sxemlərin araşdırılması ilə məşğul olan “KleptoCapture” qrupunu da ləğv etmişdi.
Ordu.az