İsraildə terror təhdidlərinə qarşı təlimlər başlayıb

2025/02/1739117978.jpg
Oxunub: 524     20:32     09 Fevral 2025    
İsrail Ordusunun Mərkəzi Hərbi Dairəsinin terror təhdidlərinə qarşı planlaşdırılmamış təlimləri start götürüb.

Ordu.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Təlimlər Ordunun Baş Qərargah rəisi Herzi Halevinin əmri ilə başlayıb.

Manevrlərdə son döyüş əməliyyatları zamanı əldə edilmiş təcrübə nəzərə alınacaq.

Təlimlər Baş Qərargahın Əməliyyat İdarəsinin rəhbərliyi altında İordan çayının Qərb sahilində, İordan vadisində, Ölü dənizdə və Colan yüksəkliklərində keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Terror  


Bizi "telegram"da izləyin