"ABŞ və Avropa bizi yalnız qoymasa, Putnlə istənilən formatda danışıqlara hazıram" - Zelenski

2025/02/1739117795.jpg
Oxunub: 642     20:15     09 Fevral 2025    
Əgər ABŞ və Avropa bizi yalnız qoymasa, təhlükəsizlik zəmanəti versə, Vladimir Putnlə istənilən formatda danışıqlara hazıram.

Ordu.az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Britaniyanın “ITV News” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimi Putinlə sülh danışıqlarının mümkünlüyünə dair sualı cavablandırarkən bildirib.

Vladimir Zelenski deyib ki, ABŞ Prezidenti Donald Tramp tək sadəcə, müharibəyə son qoymamalıdır: “Eyni zamanda Putinin yenidən bizə qarşı müharibəyə başlamasına imkan verməyəcək situasiyanı təmin etməlidir”.

Ukrayna Prezidenti hesab edir ki, Putinin məqsədi keçmiş SSRİ-ni bərpa etmək və Rusiya imperiyasının təsirini geri qaytarmaqdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Putin  


Bizi "telegram"da izləyin