Türkiyə ordusu İraqda PKK-nın 11 üzvünü öldürüb

2025/02/Gi27z-1738584752.jpg
Oxunub: 555     13:52     09 Fevral 2025    
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyatlar keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanvarın 29-dan fevralın 8-dək keçirilən əməliyyatlarda PKK terror təşkilatının 11 üzvü öldürülüb.

Onlardan yeddisi Qara, dördü isə Hakurk bölgəsində keçirilən əməliyyatlar nəticəsində zərərsizləşdirilib.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   İraq  


Bizi "telegram"da izləyin