KİV: Netanyahu Qəzza danışıqları üçün Qətərə nümayəndə heyəti göndərib

2025/02/1739034743.jpg
Oxunub: 440     20:52     08 Fevral 2025    
İsrailin Baş naziri Benyamin Netanyahu Qətərə gedən nümayəndə heyətinə Qəzzada atəşkəs razılaşmasının texniki detallarını müzakirə etmək göstərişi verib.

Ordu.az-ın xəbərinə görə, bu barədə "Ynet" portalı mənbəyə istinadən məlumat yayıb.

Onun Qəzza girovları ilə bağlı razılaşmanın ikinci mərhələsini müzakirə etmək üçün hökumətin iclasını keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Netanyahu fevralın 4-də ABŞ-də olub. O, ABŞ dövlət başçısı Donald Trampla görüşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Qəzza  


Bizi "telegram"da izləyin