Malidə silahlıların hücumu nəticəsində 50-dən çox adam ölüb

2024/07/1721675028.jpg
Oxunub: 573     18:01     08 Fevral 2025    
Malinin şimal-şərqindəki Qao şəhəri yaxınlığında silahlı şəxslərin mülki konvoya və onun hərbi eskortuna hücumu nəticəsində 50-dən çox adam ölüb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli rəsmilər və sakinlər məlumat yayıb.

Hücum Qao kəndi yaxınlığında, İŞİD və “Əl-Qaidə” ilə əlaqəsi olan qrupların on ildən artıqdır fəaliyyət göstərdiyi bölgədə baş verib.

“İnsanlar xilas olmağa çalışaraq özlərini maşınlardan yerə atırdılar. Mülki vətəndaşlar arasında çoxlu sayda ölü və yaralı var”, - yerli sakin deyib.

Onun sözlərinə görə, 56 qurbanın cəsədi Qao xəstəxanasına çatdırılıb, hərbi itkilərin sayı isə məlum deyil.

Həmçinin qeyd edilir ki, insan ölümü ilə nəticələnən hücumlar çox tez-tez olduğundan hərbçilər demək olar hər gün konvoylar üçün eskort təşkil edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mali   Silahlılar  


Bizi "telegram"da izləyin