KİV: İsveçdə silahlı insidentdə ölənlərin əksəriyyəti miqrantlardır

2025/02/1738674749.jpg
Oxunub: 655     16:52     08 Fevral 2025    
İsveçin Erebro şəhərində məktəb yaxınlığında baş vermiş silahlı insidentdə ölənlərin əksəriyyəti miqrantlardır.

Ordu.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Qurbanlar arasında Erebro bələdiyyəsinin bir neçə əməkdaşı da var.

Məlumata görə, odlu silahdan atəş açan Rikard Andersson işə qəbul üçün müraciət etmədiyinə görə sosial müavinətlərdən məhrum olun və bu, onu sosial xidmətdən qisas almaq məqsədi daşıyan cinayəti törətməyə sövq edə bilər.

Polis fevralın 7-də silahlı insident nəticəsində ölənlərin şəxsiyyətini müəyyənləşdirib. Məlum olub ki, 28-68 yaşlarında olan 7 qadın və 3 kişi, o cümlədən 35 yaşlı Anderssonun özü də öldürülüb. Yaşı 18-dən yuxarı olan 5 yaralı hələ də Erebro Universitet Xəstəxanasında müalicə olunur, onlardan ikisi reanimasiyadadır.

Hazırda hüquq-mühafizə orqanları cinayətkarın ideoloji motiv olmadan təkbaşına hərəkət etdiyini hesab edir.

Daha əvvəl də silahlı insident qurbanları arasında Suriya və Bosniya və Herseqovina vətəndaşlarının olduğu bildirilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Silahlı-insident  


Bizi "telegram"da izləyin