KİV: KXDR və Rusiya birgə PUA istehsalına başlayacaq

2023/09/1694754062.jpg
Oxunub: 519     14:41     08 Fevral 2025    
Koreya Xalq Demokratik Respublikası (KXDR) və Rusiya döyüş pilotsuz uçuş aparatlarının birgə istehsalına başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Nəşrin məlumatına görə, Şimali Koreya Rusiyadan bir neçə növ pilotsuz uçuş aparatının hazırlanması üçün texniki yardım alacaq və sonra onlar kütləvi istehsala buraxılacaq.

Nəşrin mənbələri iddia ediblər ki, dronların hazırlanması ilə bağlı saziş KXDR-in Ukraynadakı müharibədə iştirak etmək üçün ordusunu göndərdiyi müqavilənin tərkib hissəsi olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Rusiya  


Bizi "telegram"da izləyin