Ordu.az xəbər verir ki, Bolqarıstan, Avstriya, Rumıniya və Macarıstandan ibarət ortaq polis qüvvələri Bolqarıstan-Türkiyə sərhədində fəaliyyətə başlayıb.
“Sofian Globe”un məlumatına görə, Bolqarıstanın daha əvvəl Şengen viza zonasına tam inteqrasiyasının təmin edilməsi ilə əlaqədar Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyadan 100 əlavə sərhədçinin Bolqarıstan-Türkiyə sərhədinə birgə yerləşdirilməsi fevralın 3-də başlayıb.
2024-cü il noyabrın ortalarında əlavə qüvvələrin yerləşdirilməsi barədə razılıq əldə olunub. Sözügedən qərar Avstriyanın Bolqarıstan və Rumıniyanın quru sərhədlərinin Şengenə qəbul edilməsinə vetosunu ləğv etməsi baxımından böyük əhəmiyyət kəsb edirdi.
Bu çərçivədə razılaşmaya əsasən, 100 zabitdən 25-i Bolqarıstan, 40-ı Rumıniya, 20-si Macarıstan və 10-u Avstriya vətəndaşıdır.
Sevinc Əliyeva
Ordu.az