Ordu.az xəbər verir ki, ABŞ HHQ F-16-ya inteqrasiya olunmuş yeni AN/ALQ-254(V)1 “Viper Shield” REM paketinin ilk uçuşunu elan edən fotoşəkillər və video yayımlayıb.
Sınaq üçün istifadə edilən təyyarə Bəhreyn Kral HHQ-yə məxsusdur və onu Kaliforniyadakı “Edwards” aviabazasında yerləşən Hava Gücü Təməlləri Birləşdirilmiş Sınaq Qüvvələrinin 416-cı Uçuş Sınaq Eskadrilyasının sınaq pilotu idarə edib.
“Viper Shield” gələcək təhdidlərə qarşı F-16 Blok 70-in sağqalma qabiliyyətini maksimum dərəcədə artırmaq üçün nəzərdə tutulub və Bəhreyn də daxil olmaqla, bir çox ölkə tərəfindən seçilib.
Sevinc Əliyeva
Ordu.az