Bayden Trampın cinayət ittihamı ilə hədələdiyi insanları əfv edib

2025/01/1737091565.jpg
Oxunub: 604     17:44     20 Yanvar 2025    
ABŞ Prezidenti postunu tərk etməkdə olan Cozef Bayden prezidentliyinin son saatlarında xələfi Donald Tramp tərəfindən cinayət ittihamı ilə təhdid edilən bir sıra adamları əfv edib.

Ordu.az xəbər verir ki, bu barədə Bayden administrasiyasının bəyanatında deyilir.

Əfv olunanlar arasında Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri general Mark Milli, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçi, həmçinin 2021-ci ilin əvvəlində Kapitoliya hücumunu araşdıran Nümayəndələr Palatasının Xüsusi Komitəsinin üzvləri və bu iş üzrə ifadə verən Kapitolinin və Kolumbiya dairəsinin polis əməkdaşları var.

Qeyd edək ki, daha əvvəl jurnalistlərə müsahibəsində Tramp “daxili düşmənləri” təqib etmək niyyətində olduğunu bəyan etmişdi. Daha sonra o, bəzi demokrat siyasətçiləri də bu kateqoriyaya aid etdiyini söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Tramp  


Bizi "telegram"da izləyin