TÜRKPA: Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızların xatirəsini yad edirik

2025/01/1737347774.jpg
Oxunub: 942     04:41     20 Yanvar 2025    
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb.

Ordu.az xəbər verir ki, TÜRKPA-nın bəyanatında qeyd olunub:

“SSRİ rəhbərliyinin göstərişi ilə Bakıda və ətraf rayonlarda dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi yanvarın 19-dan 20-nə keçən qanlı gecədən 35 il keçir. Sovet qoşunlarının törətdiyi yanvar faciəsi nəticəsində 150 dinc sakin həlak olub, daha 744 nəfər, o cümlədən qadınlar, uşaqlar və qocalar, tibb işçiləri və polislər yaralanıb.1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır.

Qardaş xalqın milli birlik və vətənpərvərlik rəmzinə çevrilən bu gündə TÜRKPA Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsini ehtiramla yad edir.

Allah şəhidlərə rəhmət eləsin!”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TÜRKPA   20-Yanvar  


Bizi "telegram"da izləyin