Əsəddən sonra 200 min suriyalı qaçqın öz ölkəsinə qayıdıb

2025/01/1735924343.jpg
Oxunub: 533     04:33     19 Yanvar 2025    
Suriyada Bəşər Əsəd rejiminin devrildiyi ötən ilin dekabr ayının əvvəlindən bəri təxminən 200 min suriyalı qaçqın öz ölkəsinə qayıdıb.

Ordu.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi “X” hesabında bildirib.

Suriyada 2011-ci ildən bəri davam edən qanlı vətəndaş müharibəsində işin gedişatı dəyişib və 61 illik Baas rejimi süquta uğrayıb.

Təxminən bir aydır ki, başqa ölkələrə sığınan suriyalılar dayanmadan artıq öz ölkələrinə qayıdırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Qaçqın  


Bizi "telegram"da izləyin