Tramp hakimiyyətinin ilk günündən qanunsuz miqrantlara qarşı reydlər başlanacaq

2025/01/1736844053.jpg
Oxunub: 516     02:54     19 Yanvar 2025    
ABŞ-də yeni seçilmiş prezident Donald Tramp hakimiyyətinin ilk günündən etibarən qanunsuz miqrantlara qarşı reydlər başlanacaq.

Ordu.az ABŞ-nin “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu barədə Trampın yeni komandasında sərhəd təhlükəsizliyinə cavabdeh olan Tom Hovman bildirib.

Qeyd olunub ki, yanvarın 21-dən etibarən ölkədə qanunsuz yaşayan miqrantların saxlanılması və deportasiyası istiqamətində işlər başlayacaq.

Trampın komandası ilk növbədə cinayət törətmiş miqrantları da hədəf alacaqlarını açıqlayıb. Buna baxmayaraq, tədbirlər ABŞ-dəki bütün qanunsuz miqrantlara şamil ediləcək.

Xatırladaq ki, Tramp daha əvvəl ölkə tarixindəki ən böyük deportasiya proqramına şəxsən nəzarət etmək niyyətində olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin