İsrailin mərkəzi bölgələrində hava həyəcanı elan edilib

2024/06/1718515403.jpg
Oxunub: 393     13:01     18 Yanvar 2025    
İsrailin mərkəzi rayonlarında raket təhlükəsi barədə xəbərdarlıq edən hava həyəcanı sirenləri işə düşüb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, həyəcan siqnalları Təl-Əvivin ətraf ərazilərində də eşidilib.

Ordunun mətbuat xidmətindən bildirilib ki, hava həyəcanı Yəməndən raketin atılması ilə əlaqədar elan edilib.

"Yəməndən mərmi atıldıqdan sonra İsrailin mərkəzi hissəsindəki bir sıra rayonlarda sirenlər səslənib. Təfərrüatlar araşdırılır", - məlumatda deyilir.

Ordu daha sonra İsrail Hərbi Hava Qüvvələri tərəfindən raketin zərərsizləşdirildiyini bildirib. Hazırda xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hava-həyəcanı  


Bizi "telegram"da izləyin