“Bayraktar TB3” silahlandı

2025/01/1737188794.jpg
Oxunub: 968     12:40     18 Yanvar 2025    
Dünya aviasiya tarixində bir ilkə imza ataraq, qısa uçuş-enmə zolağına malik gəmidən enmə-qalxma icra edən ilk zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) olan “Bayraktar” TB3 MAM-T sursatı ilə ilk atış sınağında hədəfi dəqiq vurub.

Ordu.az xəbər verir ki, “Bayraktar TB3” zərbə PUA-sı inkişaf etdirmə prosesində yeni bir mərhələni tamamlayıb və sursat inteqrasiya sınaqlarına başlayıb.

“Bayraktar TB3” zərbə PUA-sı Ədirnə vilayətinin Keşan rayonundakı “Baykar” Uçuş Tədris və Sınaq Mərkəzindən ROKETSAN tərəfindən inkişaf etdirilən 2 ədəd MAM-T sursatı ilə havaya qalxıb.

Atış sınağı aparmaq üçün havada uçan “Bayraktar TB3” ASELSAN tərəfindən inkişaf etdirilən ASELFLIR-500 Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəfləmə Sistemi ilə etdiyi ilk atışda təyin olunmuş hədəfi tam dəqiqliklə vurub.

Silahlanan “Bayraktar TB3” zərbə PUA-sı müəyyən edilmiş sınaq cədvəlinə uyğun olaraq inkişaf etdirmə prosesi çərçivəsində faydalı yük və sursat inteqrasiyası sınaqlarını davam etdirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB3   PUA  


Bizi "telegram"da izləyin