Hava gücü üçün yerli mühərrik istehsalı! TUSAŞ-dan ''Turbofan'' araşdırması

2025/01/1737188214.jpg
Oxunub: 687     16:25     18 Yanvar 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün müdafiə sahəsində təyyarələrdə istifadə ediləcək mühərriklərin yerli və milli istehsalı olacağını vurğulayıb.

Ordu.az xəbər verir ki, 5-ci nəsil döyüş təyyarəsi “Kaan”da yerli mühərriklərdən istifadə ediləcəyini bildirən Görgün “Anka-3” və Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Kızılelma”da istifadə olunacaq reaktiv mühərrik “Turbofan Motor” ilə bağlı işləri də təqdim edib.

Türkiyə MSK sədri 5-ci nəsil döyüş təyyarəsi “Kaan”da istifadə ediləcək mühərrikin yerli və milli olacağını vurğulayıb.

“2028-ci ildə “Kaan”ı təhvil verəcəyik. 2030-cu illərdə yerli mühərriklərlə istifadə olunacaq”, - deyə o bildirib.

Qeyd edək ki, müdafiə sahəsində digər təyyarələrdə, eləcə də milli döyüş təyyarəsində istifadə olunacaq yerli mühərriklərin gücü diqqəti çəkir.

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Kızılelma” və Türkiyə Silahlı Qüvvələrinin hava gücündə mühüm rol oynayacaq “Anka-3”də TF-6000 mühərriki üçün işlər davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   Turbofan  


Bizi "telegram"da izləyin