Ordu.az xəbər verir ki, kritik hava üstünlüyünə malik “Meteor” raketlərinin Türkiyəyə satılması xüsusilə Yunanıstanda narahatlıq yaradıb.
Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, Afina hökuməti Fransaya təzyiq edərək, Türkiyəyə “Meteor” raketlərinin satışının qarşısını almağa çalışır.
Qeyd edilir ki, Böyük Britaniya Türkiyə ilə “Eurofighter” müqaviləsini uğurla başa çatdırmaq istədiyindən, Fransaya “Meteor” raketinin satışını təsdiqləməsi üçün təzyiq edir.
“Meteor” raketlərinin Türkiyəyə veriləcəyi təqdirdə Yunanıstanın havada əhəmiyyətli üstünlüyü itirəcəyi vurğulanır.
Bu raketlər uzun mənzilli, yüksək dəqiqlikli “hava-hava” döyüşlərində mühüm rol oynayır.
Sevinc Əliyeva
Ordu.az