Ordu.az xəbər verir ki, Tosyalı “Altay” tankının yerli mühərriki ilə həm xarici asılılığı aradan qaldırdıqlarını, həm də Quru Qoşunları üçün kritik bir həll təklif etdiklərini vurğulayıb.
Tosyalı “Altay” tankı üçün hazırlanmış güc paketinin xüsusi texnologiya olduğunu ifadə edib.
“Dünyada yalnız 6-7 ölkə bunu istehsal edə bilir. Biz də onlardan biriyik. Mühərrikimizi istehsal etmişik və onu intensiv sınaqlardan keçiririk. Ötən il ilk 2 tankımızı Quru Qoşunlarımıza təhvil verdik və onlar bütün sınaqlardan problemsiz keçdi. İndi biz kütləvi istehsal mərhələsindəyik”, - deyə o qeyd edib.
Məlumata görə, “Batu” Güc Qrupu Layihəsi “Altay” tankı üçün 1500 at gücündə mühərrik, yüksək tork ötürmə qabiliyyətinə malik transmissiya və aşağı siluetli avtomobillər üçün uyğun olan səmərəli soyutma paketi təklif edir.
Yerli istehsal olunan mühərrik tanklarda və zirehli vasitələrdə fasiləsiz performans təmin etmək üçün “BMC Power” tərəfindən hazırlanır.
Sevinc Əliyeva
Ordu.az