Rusiya ordusunun Kiyev və Krivoy Roqa hücumları nəticəsində səkkiz nəfər ölüb

2025/01/1737184551.jpg
Oxunub: 3011     11:01     18 Yanvar 2025    
Rusiya Silahlı Qüvvələrinin Kiyevə ballistik raket zərbələri nəticəsində üç nəfər həlak olub, daha üç nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Hadisə yerində 84 xilasedici və 22 əsas və xüsusi yanğınsöndürmə-xilasetmə texnikası işləyir.

Bundan başqa, hücumlar nəticəsində Krivoy Roqda ölənlərin sayı beş nəfərə çatıb.

Şəhər Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul bu gün xəstəxanada 22 yaşlı qızın öldüyünü bildirib. Dünənki hücum nəticəsində dördü uşaq olmaqla 19 nəfər xəsarət alıb. Biri uşaq olmaqla dörd nəfər xəstəxanadadır. Yaralılardan birinin vəziyyəti ağırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kiyev  


Bizi "telegram"da izləyin