Rusiya Kiyevə raket hücumu edib, ölən və yaralananlar var

2025/01/1737183237.jpg
Oxunub: 945     10:50     18 Yanvar 2025    
Rusiya ordusu Kiyevə ballistik raket hücumu həyata keçirib.

Ordu.az “Unian“a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

Məlumata görə, səhər saatlarında Rusiya Kiyevə ballistik raket zərbəsi endirib.

Hücum nəticəsində 4 mülki şəxs ölüb, 3 nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçko bildirib ki, Şevçenkovski rayonunda dağıntılar qeydə alınıb. Metronun “Lukyanovskaya” stansiyasına ziyan dəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kiyev  


Bizi "telegram"da izləyin