“Airbus” Türkiyə jandarmasına C295 nəqliyyat təyyarəsini təklif edib

2025/01/1737180002.jpg
Oxunub: 2335     10:57     18 Yanvar 2025    
“Airbus” şirkəti Türkiyə Jandarma Aviasiya Komandanlığında C295 çoxməqsədli hərbi nəqliyyat təyyarəsini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“JAVDES Şirketler Topluluğu”na daxil olan “JAVDES Havacılık AŞ”nin ev sahibliyi və koordinatorluğu ilə keçirilən tədbir Türkiyə Jandarma Aviasiya Komandanlığının Güvercinlik Kampusunda “Airbus” Müdafiə və Aviasiya şirkətinin, habelə müdafiə sənayesi şirkətlərinin iştirakı ilə keçirilib.

“JAVDES Şirketler Topluluğu” Baş direktoru Ufuk Soyluoğlu Jandarma Aviasiyasının son 10 ildə atdığı addımlarla bir vizyonun və xəyalın necə həyata keçirilə biləcəyinə dair uğurlu bir nümunə göstərdiyini deyib.

Jandarmanın müdafiə sənayesi ilə məlumat paylaşaraq, “Ar-Ge” işlərinə rəhbərlik etdiyini ifadə edən Soyluoğlu təşkilatın “Gökbey” helikopteri kimi milli sistemlərin inkişafına öncülük etdiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus   Türkiyə  


Bizi "telegram"da izləyin