NATO sualtı kabelləri qorumaq üçün “Baltik Missiyası”na başlayır

2025/01/1737179267.jpg
Oxunub: 466     11:36     18 Yanvar 2025    
NATO kritik dənizaltı infrastrukturun təxribatı ilə bağlı narahatlıqları artıran çoxsaylı insidentlərdən sonra Baltik dənizi regionunda gücləndirilmiş patrul xidmətlərinə başlayacağını açıqlayıb.

Ordu.az “Associated Press”ə istinadən xəbər verir ki, NATO yeni missiyanın Rusiya ilə əlaqəli casusluq və təxribatla bağlı narahatlıqlara cavab olduğunu bildirib.

“Baltik Missiyası” adlanan missiyaya dəniz patrul təyyarələri, freqatlar və dəniz pilotsuz uçuş aparatları cəlb olunacaq.

NATO-nun Baş katibi Mark Rutte bu yaxınlarda keçirdiyi mətbuat konfransında deyib:

“Alyans boyu cəmiyyətlərimizdə sabitliyi pozmaq üçün kampaniyanın elementlərini görmüşük. Baltik dənizində sualtı kabellərin mümkün təxribatı kiberhücumlar, sui-qəsd cəhdləri və təxribat yolu ilə baş verib. Ölkələrimizin təhlükəsizliyi və rifahı üçün həyati əhəmiyyət kəsb edən enerji və telekommunikasiya kabellərini qoruyacağıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin